news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 oktyabr 2025

Rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının xarici işlər naziri Sayyid Badr bin Hamad bin Hamood Albusaidi ilə görüş keçirmişdir.

Nazirlər Azərbaycan–Oman tərəfdaşlığının dərinləşdirilməsi baxımından davamlı yüksək səviyyəli dialoqun və qarşılıqlı səfərlərin vacibliyini vurğulamışlar. İqtisadi, ticarət, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.

Maskat şəhərində Azərbaycanın Səfirliyinin rəsmi açılışı əlamətdar hadisə kimi qeyd olunmuş, bunun dövlətlərarası münasibətlərə yeni və güclü təkan verəcəyi bildirilmişdir.

Tərəflər həmçinin Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığı yüksək qiymətləndirmişlər.

Bununla yanaşı, 2026-cı ildə Azərbaycanda keçiriləcək yüksək səviyyəli tədbirlər — o cümlədən İƏT Zirvə görüşü və Dünya Şəhərsalma Forumu — fonunda sıx əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti