Konsulluq xidməti və Viza
Dövlət rüsumu

Azərbaycan Respublikası Prezidenti tərəfindən 14 iyun 2016-cı ildə təsdiq edilmiş "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına giriş və tranzit vizalarının rüsumları aşağıdakı məbləğdə müəyyən olunmuşdur:

·      Birdəfəlik giriş vizası – 20 ABŞ dolları

·      Çoxdəfəlik diriş vizası – 350 ABŞ dolları

·      Birdəfəlik tranzit vizası - 20 ABŞ dolları

·      İkidəfəlik tranzit vizası - 20 ABŞ dolları

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunundan çıxarış Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumun dərəcələri.

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

16.1. Pasportların və vizaların verilməsinə görə:

 

16.1.1. ümumvətəndaş pasportlarının alınması məqsədilə

sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə

25 ABŞ dolları

16.1.2. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən

qayıdış şəhadətnaməsinin verilməsinə görə

10 ABŞ dolları

16.1.3. səfirliklərə və konsulluqlara vizaların verilməsinə

dair göstərişlərin göndərilməsinə görə

4 manat

16.1.4. tranzit vizalarının və birdəfəlik giriş

vizalarının rəsmiləşdirilməsinə görə

20 ABŞ dolları

16.1.5. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə

350 ABŞ dolları

16.2. Vətəndaşlıq məsələləri ilə əlaqədar

sənədlərin rəsmiləşdirilməsinə görə:

 

16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün

vəsatətin rəsmiləşdirilməsinə görə

60 ABŞ dolları

16.2.2. vətəndaşlığa xitam verilməsi üçün

vəsatətin rəsmiləşdirilməsinə görə

60 ABŞ dolları

16.3. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına görə:

 

16.3.1. nikahın qeydə alınmasına görə

10 ABŞ dolları

16.3.2. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan

ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə

40 ABŞ dolları

16.3.3. Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud

fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulmasının

qeydə alınmasına görə

5 ABŞ dolları

16.3.4. soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə

20 ABŞ dolları

16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar

şəhadətnamələrin verilməsinə görə

10 ABŞ dolları

16.3.6. vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin

və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə

10 ABŞ dolları

16.3.7. xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması

məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə

10 ABŞ dolları

16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:

 

16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):

 

16.4.1.1. Azərbaycan Respublikasında

4 manat

16.4.1.2. ölkə xaricində

10 ABŞ dolları

16.5. Sənədlərin leqallaşdırılmasına görə:

 

16.5.1. Azərbaycan Respublikasında

4 manat

16.5.2. xarici ölkədə

10 ABŞ dolları

16.6. Notariat hərəkətlərinin aparılmasına görə:

 

16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən

daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən

nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam

vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən

etibarnamələrin təsdiqinə görə

20 ABŞ dolları

16.6.2. poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin,

bağlamaların, korrespondensiyaların bank idarələrindən

alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə

20 ABŞ dolları

16.6.3. müqavilələrin təsdiqinə görə:

 

16.6.3.1. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələrin təsdiqinə görə

50 ABŞ dolları

16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə

150 ABŞ dolları

16.6.3.3. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən

müqavilələrin təsdiqinə görə

30 ABŞ dolları

16.6.4. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə

10 ABŞ dolları

16.6.5. sənədlərin bir dildən başqa dilə tərcüməsinin

düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün):

 

xarici dillərdən

10 ABŞ dolları

xarici dillərə

20 ABŞ dolları

16.6.6. sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin

imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün)

20 ABŞ dolları

16.6.7. miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsinə görə

40 ABŞ dolları

16.6.8. vəsiyyətnamələrin təsdiqinə görə

50 ABŞ dolları

16.6.9. vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə

30 ABŞ dolları

16.6.10. vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə

100 ABŞ dolları

16.6.11. sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün qəbul edilməsinə görə

20 ABŞ dolları

16.6.12. öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay üçün)

20 ABŞ dolları

16.6.13. pul məbləğlərinin və qiymətli kağızların

depozitə qəbul edilməsinə görə (hər ay üçün)

20 ABŞ dolları

16.6.14. icra qeydlərinin aparılmasına görə

10 ABŞ dolları

16.6.15. ər-arvadın ümumi əmlakındakı paya

mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə

10 ABŞ dolları

16.6.16. şəxsin sağ olması və şəxsin müəyyən

yerdə olması faktlarının, şəxsin fotoşəkildəki şəxslə

eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə

10 ABŞ dolları

16.6.17. dəniz protestlərinin tərtib edilməsinə görə

10 ABŞ dolları

16.6.18. sübutların təmin edilməsinə görə

10 ABŞ dolları

16.7. Digər konsul əməliyyatlarına görə

10 ABŞ dolları

 

Qeyd: 16.1.5. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə

350 ABŞ dolları



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti