İkitərəfli münasibətlər
İkitərəfli münasibətlər
Siyasi Məsləhətləşmələr
Azərbaycan Respublikası və Oman Sultanlığı arasında siyasi məsləhətləşmələr (2005-ci ildə yaradılmışdır)
- 1-ci raundu 2006-cı il 22 iyun tarixində Bakı şəhərində təşkil edilmişdir. İclasda sədrlik: Oman xarici işlər nazirinin müavini Bədr əl-Busəidi, AR xarici işlər nazirinin müavini X.Xələfov;
- 2-ci raundu 2007-ci il 16-17 dekabr tarixlərində Omanda keçirilmişdir. İclasda sədrlik: Oman Xarici İşlər Nazirliyinin Baş katibi Bədr əl-Busəidi, AR xarici işlər nazirinin müavini X.Xələfov;
- 3-cü raundu 2009-cu il 3-4 mart tarixlərində Bakıda baş tutmuşdur. İclasda sədrlik: Oman Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya İdarəsinin rəisi şeyx Nizar bin əl-Ciləndi Əl Səid, AR xarici işlər nazirinin müavini Xələf Xələfov;
- 4-cü raundu 2015-ci il 15-16 sentyabr tarixlərində Oman Sultanlığında təşkil edilmişdir. İclasda sədrlik: Oman xarici işlər nazirinin diplomatik məsələlər üzrə müavini Əhməd bin Yusif əl-Harsi, AR xarici işlər nazirinin müavini X.Xələfov.
- 5-ci raundu 2023-cü ildə 11 dekabr tarixində Məsqət şəhərində keçirilmişdir. İclasda sədrlik: Oman xarici işlər nazirinin müavini şeyx Xəlifə İbn Əli İbn İsa Əl-Harsi, AR xarici işlər nazirinin müavini Y.Rəfiyev.
- 6-ci raundu 2024-cü ildə 24 fevral tarixində Bakı şəhərində keçirilmişdir. İclasda sədrlik: Oman xarici işlər nazirinin müavini şeyx Xəlifə İbn Əli İbn İsa Əl-Harsi, AR xarici işlər nazirinin müavini Y.Rəfiyev.