Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Ərizə-anket (əlavə olunur) (Anketə 3x4 ölçülü fotoşəkil əlavə olunmalıdır);
2. Doğum haqqında şəhadətnamənin surəti ( bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
3. Şəxsiyyəti təsdiq edən sənədlərin surəti (pasport/şəxsiyyət vəsiqəsi);
4. Tərcümeyi-hal;
5.18 yaşınadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri və uşağın doğum haqqında şəhadətnaməsi;
6. Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatı barəsində rəsmi sənədlərin surətləri;
7. şəxsin qaçqın olduğu təqdirdə bu statusunu təsdiq edən sənədin surəti;
8. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanunun 16.4.1.2-ci maddəsinə əsasən, 10 ABŞ dolları məbləğində dövlət rüsumunun Səfirliyin bank hesabına ödənildiyi barədə qəbz (Bank Dhofar Hesab № 33045784565003).