Konsulluq xidməti və Viza
Xarici Dövlətin Vətəndaşlığının Alınması

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən:

Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən:

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir. 

Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir (18-ci maddə).

Qeyd: Son müddəalar 30 may 2014-cü il tarixinədək digər dövlətin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyinə yazılı məlumat verməlidir.

Tələb olunan sənədlər

İştirak etməli olan şəxslər

Sənədlər tam və düzgün tərtib edildikdən sonra şəxsən və ya poçt vasitəsilə Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyinin Konsulluq Şöbəsinə təqdim olunmalıdır.

Dövlət rüsumu

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşlarının Səfirlik vasitəsilə bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına məlumat verməsi ödənişsiz yerinə yetirilir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti