İkitərəfli münasibətlər
Qısa tarixi məlumat

Oman Sultanlığı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 13 iyul 1992-ci ildə qurulmuşdur. 2002-ci ildən etibarən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri eyni zamanda Oman Sultanlığında akkreditə olunmuşdur. 2009-cu ilin 30 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Oman Sultanlığında (Maskat şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalamışdır. Omanın Türkiyədəki Səfirliyi (iqamətgahı Ankara şəhərində olmaqla) Azərbaycanda akkreditə olunmuşdur. 06 iyun 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəmcamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti