Hörmətli ziyarətçilər !
Azərbaycan Respublikasının Oman Sultanlığındaki səfirliyinin rəsmi internet səhifəsinə xoş gəlmisiniz.
İnternet səhifəmizin əsas vəzifəsi sizi maraqlandıran mövzular, Azərbaycan Respublikası və Oman Sultanlığı arasında əməkdaşlığın aspektləri haqqında ətraflı məlumatın verilməsidir.
Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasında tarixi dostluq əlaqələri mövcuddur.
Azərbaycan Respublikası və Oman Sultanlığı arasında qarşılıqlı inama və hörmətə əsaslanan səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Müştərək dini və mədəni dəyərlərimiz ikitərəfli əlaqələrimizin inkişafına, habelə xalqlarımız arasında münasibətlərə təzahür edən amillərdəndir.
Bugün, Azərbaycan Respublikası və Oman Sultanlığı həm ikitərəfli, həm də çoxtərəfli platformalarda qarşılıqlı hörmət və dəstəyə əsaslanan faydalı əməkdaşlıq etməkdədir. Hər iki ölkənin siyasi rəhbərliklərinin qətiyyətli iradəsi fonunda ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şərait mövcuddur.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinə gəlincə, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında mövcud əməkdaşlıq səviyyəsi məmnunluq doğurur.
Hörmətli ziyarətçilər,
Ümidvaram ki, bu sayt sizin üçün faydalı olacaq və Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasındakı mehriban dostluq münasibətləri haqqında daha çox məlumat əldə etməyə kömək edəcəkdir.
Bizim səhifəmizi ziyarət etdiyiniz üçün Sizə təşəkkür edirik.
Hörmətlə,
RƏŞAD İSMAYILOV
Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri