news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 fevral 2026

Omanın nüfuzlu ərəb dilli "Al- Watan" qəzetininin 12 fevral 2026-ci il tarixli sayında Səfir Rəşad İsmayılovun 2026-cı il – “Şəhərsalma və Memarlıq İli” mövzusu ilə bağlı geniş məqaləsi dərc edilmişdir.

Məqalədə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyəti, ölkə üzrə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri, müasir şəhərsalma prinsiplərinin tətbiqi, dayanıqlı inkişaf və innovativ memarlıq yanaşmaları ətraflı şəkildə təqdim edilmişdir.
Həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, Azərbaycanın zəngin memarlıq irsinin qorunması və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmışdır.
Məqalədə eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin in rəhbərliyi ilə şəhərsalma, infrastrukturun modernləşdirilməsi və memarlıq sahəsində əldə olunmuş mühüm nailiyyətlər diqqətə çatdırılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti