Oman Sultanlığında Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş Birinci Beynəlxalq Forum keçirilir
Oman Sultanlığında Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurum (SME Development Authority) tərəfindən Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş Birinci Beynəlxalq Forum təşkil olunmuşdur.
Forum 22–26 yanvar 2026-cı il tarixlərində Oman Konvensiya və Sərgi Mərkəzində, Maskat şəhərində keçirilir. Tədbirdə Oman Sultanlığı ilə yanaşı, müxtəlif xarici ölkələrdən yaradıcılıq və əl işi sənayeləri sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələri iştirak etmişdir.
Sözügedən forumda Azərbaycan Respublikası da təmsil olunmuş, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndələri tədbirdə iştirak etmişlər.
Forum çərçivəsində Azərbaycanın Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri, Rəşad İsmayılov, Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurumunun sədri Halima bint Raşid əl-Zəriyə ilə birlikdə Azərbaycan stendini ziyarət etmiş, sərgidə nümayiş etdirilən məhsullar və yaradıcılıq nümunələri ilə tanış olmuşdur.