news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 noyabr 2025

Ədliyyə naziri Fərid Əhmədov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Oman Sultanlığından olan həmkarı Dr. Abdullah bin Mohammed Alsaidi ilə görüşüb.

Tədbirdə ədliyyə sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, hüquqi yardım, ekstradisiya və məhkum edilmiş şəxslərin verilməsi sahəsində müqavilə-hüquqi bazanın yaradılması müzakirə olunub, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və təcrübə mübadiləsinin genişləndirilməsinin hüquqi əməkdaşlığı daha da gücləndirəcəyi bildirilib.

 

Görüş çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Oman Sultanlığının Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında “Ədliyyə və hüquq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. 

 

Ətraflı: https://tr.ee/GKiMZO

#ƏdliyyəNazirliyi

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti