news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 noyabr 2025

Azərbaycanın Omandakı Səfirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

 19 noyabr 2025-ci il tarixində  Azərbaycan Respublikasının Omandakı Səfirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsmi tədbir təşkil olunub. Tədbir Azərbaycan dövlətçiliyinin inkişaf tarixi, Konstitusiyanın əhəmiyyəti və ölkəmizin suverenliyinin qorunması mövzularına həsr olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafı, müstəqil dövlət quruculuğu və hüquqi sistemin formalaşması sahəsində müstəsna xidmətlərindən bəhs edib. Səfir qeyd edib ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi, iqtisadi və sosial həyatında fundamental baza rolunu oynayaraq dövlət müstəqilliyinin möhkəmlənməsinə mühüm töhfə verib.
Səfir həmcinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi strateji nailiyyətlər barədə məlumat verib. O bildirib ki, dövlət başçısının düşünülmüş siyasəti nəticəsində Azərbaycan regionun aparıcı gücünə çevrilib, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, iqtisadiyyat davamlı inkişaf edib, enerji və nəqliyyat sahələrində böyük qlobal layihələr həyata keçirilib. Səfir, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün bərpasının və suverenliyin tam təmin edilməsinin müasir tariximizin ən böyük siyasi qələbəsi olduğunu vurğulayıb.
Tədbir çərçivəsində “Konstitusiya və Suverenlik İli”nəhəsr olunan videoçarx nümayiş etdirilmiş, Azərbaycanın müasir inkişaf perspektivləri və dövlətçilik nailiyyətləri vizual formada qonaqlara təqdim olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti