news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 noyabr 2025

Azərbaycanın Omandakı Səfirliyində Azərbaycan İcması ilə Görüş Keçirilib

Azərbaycan Respublikasının Omandakı Səfirliyində ölkədə yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilmişdir. Tədbirdə səfir Rəşad İsmayılov çıxış edərək, Omanda yaşayan həmvətənlərimizlə mütəmadi əlaqələrin gücləndirilməsinin səfirliyin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.

Səfir qeyd etmişdir ki, xaricdə yaşayan soydaşlarımızın dövlətimizin ümumi maraqları ətrafında sıx birləşməsi, onların sosial fəallığının artırılması və Azərbaycanla bağlarının möhkəmləndirilməsi prioritet istiqamətlərdəndir. Bu kontekstdə, ölkə Prezidentinin fərmanı ilə yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti və Fondun xaricdə yaşayan həmvətənlərimizin təşəbbüslərinə verdiyi dəstək xüsusi olaraq diqqətə çatdırılmışdır.

Görüşdə, həmçinin, Omanda yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərin və adət-ənənələrin qorunub yaşadılması ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti