Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirdə Oman ictimai qurumlarının təmsilçiləri və Azərbaycan icmasının üzvləri iştirak etmişlər.
Anım mərasimi Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Omandakı səfiri Rəşad İsmayılov 1992-ci ilin fevral ayında Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş faciə barədə məlumat vermiş, hadisənin beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu qeyd etmişdir. Səfir Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının və ədalətin bərqərar olunmasının vacibliyini vurğulamışdır.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş video carx nümayiş olunmuşdur.