news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 oktyabr 2025

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş məqalə Oman mətbuatında dərc olunub

Oman Sultanlığının nüfuzlu ərəb dilli “Əl-Vətən” qəzetinin 20 oktyabr 2025-ci il tarixli sayında Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə (18 oktyabr) həsr olunmuş geniş məqalə dərc edilmişdir.

Məqalədə Azərbaycan Respublikasının Oman Sultanlığındakı səfiri cənab Rəşad İsmayılov ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyyətini vurğulayaraq, bu günün Azərbaycan xalqının iradə və milli həmrəyliyinin rəmzi olduğunu qeyd etmişdir.

Səfir bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir Azərbaycan dövlətinin təməli qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə bu strateji inkişaf xətti uğurla davam etdirilir.

Məqalədə Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı, İslam irsinin qoruyucusu və tolerantlıq mərkəzi kimi nüfuz qazandığı vurğulanmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti