5 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Oman Sultanlığındakı səfirliyində Azərbaycan Respublikasının səfiri Rəşad İsmayılov ilə İraq Respublikasının Oman Sultanlığındakı səfiri Qays Səəd Al Amer arasında nəzakət görüşü keçirilmişdir.
Görüş zamanı tərəflər Azərbaycan–İraq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə etmiş, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparmışlar.