news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 oktyabr 2025

29 oktyabr 2025-ci il tarixində nazir Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Baş nazirinin beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə müavini, Oman Sultanının xüsusi nümayəndəsi Seyid Əsad bin Tariq Al Səid ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan və Omanın həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərinin inkişafından məmnun olduqlarını bildiriblər.
 
İkitərəfli münasibətlərimizin yeni səviyyəyə qaldırılmasında və ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığın daha da stimullaşdırılmasında yüksək səviyyəli səfərlərin həlledici rolu vurğulanıb.
 
Ölkəmizin Omanda Səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığa daha da təkan verəcəyinə əminlik ifadə olunub.
 
Parlament diplomatiyasının ikitərəfli münasibətlərin möhkəmlənməsində həlledici rol oynadığını qeyd edən nazir Azərbaycanın 2025-ci ildə ölkələrimizin parlamentləri tərəfindən dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirdiyini qeyd edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti