news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 may 2025

28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə Maskatda Səfirliyimiz tərəfindən rəsmi qəbul–ziyafət təşkil olunub.

Tədbirdə nazir Rahma Al Mahrouqi, dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri, Azərbaycan icması, KİV-lər və iş adamları iştirak ediblər. Rəsmi hissə Azərbaycan və Oman himnləri ilə başlayıb. Səfir Rəşad İsmayılov çıxışında 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik parlament respublikası olduğunu vurğulayıb və Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən güclü dövrünü yaşadığını qeyd edib. Tədbir milli musiqi, videoçarxlar və Azərbaycan mətbəxinin təqdimatı ilə davam edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti