23 aprel 2026 cı ildə Azərbaycan Respublikasının Omandakı Səfiri Rəşad İsmayılov Omanın Mədəniyyət, İdman və Gənclər Naziri Sayyid Saud Al Busaidi ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Oman arasında mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Səfir Rəşad İsmayılov Azərbaycanın zəngin mədəni irsi, beynəlxalq idman uğurları və gənclər siyasəti haqqında ətraflı məlumat verib. Eyni zamanda, qarşılıqlı səfərlərin təşkili, birgə tədbirlərin keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları müzakirə olunub.
Nazir Sayyid Saud Al Busaidi Oman ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.