news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 aprel 2026

21 Aprel 2026 cı il tarixində Azərbaycan Rüspublikasının Oman Sultanatlığındakı səfiri Rəşad İsmayılov Royal Opera House Muscat-ın Baş Direktoru Umberto Fanni ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Oman arasında mədəni əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə musiqi və səhnə sənətləri sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Tərəflər qarşılıqlı səfərlərin təşkili, mədəniyyət xadimlərinin iştirakı ilə tədbirlərin keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə toxunublar.

 

Səfir Rəşad İsmayılov Azərbaycanın zəngin musiqi irsi və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib. Umberto Fanni isə Royal Opera House Muscat-ın beynəlxalq əməkdaşlığa verdiyi önəmi vurğulayıb və Azərbaycanla mümkün əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti