news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 oktyabr 2025

2025-ci il 15 oktyabr tarixində Azərbaycanın Oman Sultanlığındakı səfiri Rəşad İsmayılovun, Oman Sultanlığının aparıcı aviaşirkətlərindən biri olan “Salam Air” şirkətinin Baş İcraçı Direktoru Adrian Hamilton- Manns ilə görüş keçirmişdir.

Görüşdə Azərbaycan ilə Oman arasında hava nəqliyyatı, turizm və iqtisadi əməkdaşlıq sahələrində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında birbaşa uçuşların bərpası və yeni istiqamətlərin açılması imkanlarını nəzərdən keçirərək, qarşılıqlı turizm axınının artırılmasının əhəmiyyətini vurğulayıblar.

Görüş səmimi və işgüzar şəraitdə keçib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti