news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 may 2025

19 May 2025 ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Oman Sultanlığının Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Oman nümayəndə heyətinə isə Oman Sultanlığının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Mohammed bin Nasser Al-Mabsali  rəhbərlik edib.

 Tədbirdə Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, hər iki ölkənin xarici siyasət qurumunun məsul əməkdaşları, həmçinin  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin,Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin  rəsmiləri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti