Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılovun Oman Sultanlığının Sosial İnkişaf Naziri ilə görüşü keçirilib
2025-ci il 17 ilul tarixində Azərbaycan Respublikasının Oman Sultanlıöındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Oman Sultanlığının Sosial İnkişaf Naziri xnım Dr. Laila bint Ahmed Al Najjar ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan və Oman arasında sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunmuş, xüsusilə qadınların cəmiyyətə inteqrasiyası, ailə institutunun möhkəmləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsi və sosial rifah sahəsində birgə təcrübə mübadiləsi məsələlərinə toxunulmuşdur.
Səfir Rəşad İsmayılov Azərbaycan Respublikasında sosial sahədə aparılan islahatlar, bu istiqamətdə həyata keçirilən dövlət proqramları və əldə olunmuş nailiyyətlər haqqında qarşı tərəfi məlumatlandırmış, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa önəm verdiyini qeyd etmişdir.
Nazir Dr. Laila bint Ahmed Al Najjar isə Oman Sultanlığının sosial inkişaf sahəsindəki strategiyaları və həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş və Azərbaycanla bu istiqamətdə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirmişdir.
Tərəflər gələcəkdə sosial inkişaf sahəsində təcrübə mübadiləsinin aparılması, müvafiq qurumlar arasında birbaşa əlaqələrin qurulması və mümkün birgə layihələrin həyata keçirilməsi barədə razılıq ifadə etmişlər.
Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda kecmişdir.