10 dekabr 2025 ci il tarixində Özbəlistanın Oman Sultanlığındakı Səfirliyi Oman Sultanlığında akkreditə olunmuş türkdilli ölkələrin — Azərbaycan, Qazaxıstan, Türkiyə və Macarıstanın səfirlərinin iştirakı ilə görüşə ev sahibliyi etmişdir.
Görüş 43-cü UNESCO Baş Konfransının Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş sessiyasında 15 dekabr tarixinin Dünya Türk Dilləri Ailəsi Günü kimi tanınmasının qeyd olunması məqsədilə təşkil edilmişdir.
Görüş zamanı bu əlamətdar gün münasibətilə Oman Sultanlığında birgə mədəni və humanitar tədbirin təşkili məsələsi müzakirə olunmuşdur. Tədbirin əsas məqsədi türk dünyasının zəngin mədəni irsinin Oman ictimaiyyətinə təqdim edilməsi, eləcə də türkdilli ölkələrlə Oman Sultanlığı arasında mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviq edilməsidir.
Eyni zamanda, tədbir çərçivəsində Azərbaycan Respublikasının Oman Sultanlığındakı səfiri Rəşad İsmayılov mövzu ilə bağlı çıxış edərək, Dünya Türk Dilləri Ailəsi Gününün əhəmiyyətini vurğulamış, bu təşəbbüsün türk xalqları arasında dil, mədəniyyət və humanitar əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəni qeyd etmişdir.