Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsinə dair
Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir.
Ailə vəziyyətinə dair arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
- Vətəndaşın ərizəsi; (əlavə olunur)
- Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti (Pasport və ya şəxsiyyət vəsiqəsi)
Qeyd 1: Ailə vəziyyətinə haqqında ərizəyə cavab gəldikdən sonra vətəndaş ailə vəziyyətinə haqqında arayışı almaq üçün (Azərbaycan və ya ingilis dilində) Səfirliyin (Bank Dhofar- 33045784565003) bank hesabı nömrəsinə 10 ABŞ dolları ödəniş etməli və ödəniş qəbzini Səfirliyə təqdim etməlidir. (ödəniş Səfirlik tərəfindən telefon vasitəsi ilə vətəndaşa məlumat verildikdən sonra edilməlidir)
Qeyd 2: Əgər Oman Sultanlığının aidiyyəti orqanları tərəfindən apostil olunmuş formada sənəd tələb olunarsa nəzərə alınmalıdır ki, Səfirlikdə sənədlərin apostil olunması mümkün deyil. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil edilən şəxs (etibarnamə Səfirliyin və ya Mobil notariat tətbiqi vasitəsi ilə də təsdiq edilə bilər) tərəfindən sözügedən sənədi ASAN xidmətdən alaraq Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsində apostil oluna bilər.