Azərbaycan Respublikası ərazisində məhkumluğunun olması (olmaması) barədə arayışın verilməsi.
Azərbaycan Respublikası ərazisində olduğu dövr ərzində cinayət məsuliyyətinə cəlb olunub olunmamasının yoxlanılması məqsədilə vətəndaş şəxsən və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən Səfirliyə müraciət edib tələb olunan arayışı ala bilər.
Tələb olunan sənədlər:
1) Vətəndaşın ərizəsi (Ərizə)
2) Şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya pasport)
3) 10 ABŞ dolları məbləğində konsulluq rüsumun ödənilməsi haqqında qəbz
Qeyd 1: Məhkumluq haqqında ərizəyə cavab gəldikdən sonra vətəndaş arayışı almaq üçün Səfirliyin hesab nömrəsinə 10 ABŞ dolları (Bank Dhofar- 33045784565003) ödəniş etməli və ödəniş qəbzini Səfirliyə təqdim etməlidir. (ödəniş Səfirlik tərəfindən telefon vasitəsi ilə vətəndaşa məlumat verildikdən sonra edilməlidir).
Qeyd 2: Əgər Oman Sultanlığının aidiyyəti orqanları tərəfindən apostil olunmuş formada sənəd tələb olunarsa nəzərə alınmalıdır ki, Səfirlikdə sənədlərin apostil olunması mümkün deyil. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil edilən şəxs (etibarnamə Səfirliyin və ya Mobil notariat tətbiqi vasitəsi ilə də təsdiq edilə bilər) tərəfindən sözügedən sənədi ASAN xidmətdən alaraq Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsində apostil oluna bilər.