news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 mart 2025

Səfir Rəşad İsmayılov Oman Sultanlığı Xarici İşlər Nazirliyinə etimadnamənin surətini təqdim edib

 

Sentyabrın 8- də Azərbaycanın Oman Sultanlığındakı yeni səfiri Rəşad İsmayılov etimadnamənin surətini bu ölkənin xarici işlər naziri Badr Albusaidiyə

təqdim edib.

Nazir Badr Albusaidi, səfir R.İsmayılova iki dost ölkə arasında əlaqələrin daha da inkişafı sahəsindəki fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə həmçinin Azərbaycan və Oman Sultanlığı arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı iqtisadi, enerji, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Nazir həmcinin , Bakıda keçiriləcək COP29 -un qlobal iqlim problemlərinin həllinə öz töhfəsini verəcəyini qeyd edərək, bu çətin və məsuliyyətli ev sahibliyində Azərbaycana uğurlar arzu edib.

 

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti