news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 avqust 2025

Oman Sultanlığının Mənzil və Şəhərsalma Nazirliyinin Qlobal Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Direktoru Badar Al Shukaili, Azərbaycan Respublikasının Omandakı səfiri Rəşad İsmayılovun dəvəti ilə Bakıya səfər etmişdir.

Səfərin əsas məqsədi Azərbaycan ilə Oman arasında şəhərsalma, memarlıq, turizm və innovativ inkişaf sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
Səfər çərçivəsində qonaq Bakının ən müasir yaşayış və istirahət mərkəzlərindən biri olan Sea Breeze şəhərciyində olub. Qonaqlara şəhərciyin konsepsiyası, memarlıq xüsusiyyətləri, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan infrastruktur həlləri barədə ətraflı məlumat verilmişdir.

Daha sonra nümayəndə heyəti AZBRAND və AS Group şirkətlərini ziyarət edib. Görüş zamanı şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq imkanları təqdim olunmuşdur. Tərəflər Azərbaycan və Oman arasında şəhərsalma və brendinq sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamış, gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişlər.
Bu səfər Azərbaycan ilə Oman arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti