news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 mart 2026

Oman Sultanlığı Xarici İşlər Nazirliyinin Bəyanatı

Bəyanat
Oman Sultanlığı Xarici İşlər Nazirliyi, dost Azərbaycan Respublikası ərazilərinin pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücuma məruz qalması, nəticədə xəsarət alanların olması və ziyan dəyməsi barədə yayılan xəbərlərdən dərin narahatlığını ifadə edir.
Oman Sultanlığı dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən, mülki şəxsləri və mülki infrastrukturu təhlükə altına atan istənilən hərəkəti rədd etdiyini və pislədiyini bir daha təsdiqləyir.
Oman Sultanlığı Azərbaycan Respublikası ilə həmrəy olduğunu bildirir, bütün tərəfləri təmkinli olmağa, habelə beynəlxalq hüquq normaları çərçivəsində dialoq və diplomatiyaya üstünlük verməyə çağırır.
6 mart 2026-cı il

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti