Maskat, 7 oktyabr 2025-ci il Oman Sultanlığında keçirilən “Urban October 2025” tədbirləri və “Oman Urban Home and Building Expo 2025”
Beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın aparıcı inşaat və investisiya şirkətlərindən biri olan “AS Group” şirkəti ölkəmizi təmsil edib. Şirkət sərgidə Azərbaycanın tikinti və sənaye sektorunun inkişaf potensialını nümayiş etdirən stend ilə çıxış edib.
Sərgi çərçivəsində Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri stendi ziyarət edərək, şirkətin nümayəndələri ilə görüşüb.
Görüş zamanı “AS Group”un həyata keçirdiyi iri miqyaslı layihələr, Azərbaycanın inşaat sektorunun son illərdə əldə etdiyi nailiyyətlər, eləcə də Azərbaycan–Oman iqtisadi əlaqələrinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.