news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 yanvar 2026

Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının Vəliəhdi Sayyid Theyazin bin Haitham Al Said ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Oman arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyət, incəsənət, təhsil və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Leyla Əliyeva ölkələrimiz arasında qarşılıqlı hörmətə və ortaq dəyərlərə əsaslanan münasibətlərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib, Heydər Əliyev Fondu xətti ilə həyata keçirilən layihələr barədə məlumat verib.

Vəliəhd Sayyid Theyazin bin Haitham Al Said Azərbaycan ilə Oman arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib və qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin əlaqələrin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti