news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 dekabr 2025

İqtisadiyyat naziri Mikayıl Cabbarov omanlı həmkarı Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.

Bu barədə  İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib. Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.

Görüşdə bərpaolunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti