news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 yanvar 2026

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub

2011-ci ildə rəsmi açılışı olan Opera Evi Omanın mədəniyyət və incəsənət sahəsində ən mühüm məkanlarından biridir. Musiqi gecələri, teatr tamaşaları, eləcə də konfrans və digər tədbirlərin təşkil olunduğu Opera Evində rəsm qalereyası da fəaliyyət göstərir. Sultan Opera Evi tərəfindən təqdim olunan müxtəlif əsərlər Omanın, həmçinin bir çox ölkələrin bədii yaradıcılıq cəhətdən zənginliyini və rəngarəngliyini nümayiş etdirir.

Qeyd edək ki, bura ərəb dünyasında ikinci ən böyük Opera Evi hesab olunur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti