news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 aprel 2025

Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib

Azərbaycan Respublikasının 🇦🇿Oman Sultanlığına 🇴🇲yeni təyin olunmuş səfiri Rəşad İsmayılov etimadnaməsini Oman Sultanı Haitham bin Tariq Al Saidə təqdim edib.

Oman Sultanı səfiri təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda uğurla həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib.

O, ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək Azərbaycan və Oman arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı, iqtisadi, enerji, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Səfir R.İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Oman Sultanı Haitham bin Tariq Al Saidə çatdırıb.

Minnətdarlığını bildirən dövlət başcısı öz növbəsində onun səmimi salamlarını dövlətimizin başcısına çatdırmağı xahiş edib.

Həmçinin Bakı şəhərində kecirilən COP29-un qlobal iqlim problemlərinin həllinə öz töhfəsini verəcəyini qeyd edərək, bu çətin və məsuliyyətli ev sahibliyində Azərbaycana uğurlar arzulayıb.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir

İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti