news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 aprel 2026

Azərbaycan Respublikasının Omandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Təşkilatının sədri xanım Halima bint Rashid Al-Zari ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan ilə Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə kiçik və orta biznes sahəsində əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Tərəflər sahibkarlıq, innovasiya, startap ekosistemi və qarşılıqlı investisiya imkanları üzrə əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.

Səfir Rəşad İsmayılov Azərbaycanın biznes mühiti, həyata keçirilən iqtisadi islahatlar və KOB-ların inkişafına yönəlmiş dövlət proqramları haqqında ətraflı məlumat verib. Xanım Halima Al-Zari isə Omanda KOB sektorunun inkişafı istiqamətində görülən işlər və mövcud imkanlar barədə danışıb.

Görüşdə həmçinin aidiyyəti qurumlar arasında əlaqələrin gücləndirilməsi və gələcək birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti