Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyinin yeni binasının rəsmi açılış mərasimi keçirilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Azərbaycanın Maskat şəhərində yerləşən Səfirliyinin yeni binasının rəsmi açılış mərasimində iştirak etmişdir.
Tədbirdə Oman Sultanlığının xarici işlər naziri Sayyid Badr bin Hamad bin Hamood Albusaidi, nazirliyin nümayəndələri, iştirak etmişlər.