news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 mart 2026

Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyinin Omanda yaşayan Azərbaycan vətəndaşlarına müraciəti

Hörmətli həmvətənlərimiz,

Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyi bölgədə yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq Oman Sultanlığının aidiyyəti qurumları ilə koordinasiyalı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir, zəruri addımları atır və bu istiqamətdə işini davam etdirir.

Sizlərə tövsiyə olunur ki, yalnız Oman dövlətinin rəsmi məlumat mənbələrinə istinad edəsiniz. Hər hansı təhlükə yarandığı təqdirdə ehtiyatlı olmağınız, təhlükəsizliklə bağlı bütün çağırış və tələblərə ciddi şəkildə əməl etməyiniz vacibdir.

Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyinin əsas məqsədi Omanda yaşayan hər bir azərbaycanlının təhlükəsizliyini təmin etmək, onların hüquq və maraqlarını qorumaq, zərurət yarandıqda dəstək mexanizmlərini operativ şəkildə işə salmaq və təxirəsalınmaz tədbirlər həyata keçirməkdir.

İnformasiya mübadiləsinin operativliyini təmin etmək və müraciətlərinizə çevik reaksiya vermək məqsədilə +968 99 772 666 WhatsApp nömrəsi vasitəsilə mesaj göndərə bilərsiniz. Nəzərə alın ki, daxil olan bütün müraciətlər operativ qaydada qeydə alınır və aidiyyəti qurumlarla koordinasiya edilir.

Hörmətlə,

Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyi

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti