Azərbaycan Respublikasının Oman Sultanlığındakı səfiri, cənab Rəşad İsmayılov və Oman Sultanlığının Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri, Şeyx Faisal Bin Abdulla Al-Ravas arasında görüş keçirilib
Görüş zamanı hər iki tərəf qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apararaq, iki ölkənin iş adamları arasında ticarət əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi, eləcə də investisiya qoyuluşu məsələlərini müzakirə ediblər.