Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşmüşdür
Görüş zamanı Azərbaycan ilə Oman arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.