Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfər etmişdir.
Səfər çərçivəsində Milli Məclisin sədri Oman Sultanlığı Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan ilə Oman arasında parlamentlərarası əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.