8 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Oman Sultanlığının Əmək naziri Mahad Said Ali Baawain ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan ilə Oman arasında dostluq münasibətlərinin mövcud səviyyəsindən məmnunluq ifadə olunmuş, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.
Tərəflər əmək, məşğulluq, insan resurslarının inkişafı və peşə hazırlığı sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmış, bu istiqamətdə təcrübə və bilik mübadiləsinin vacibliyini qeyd etmişlər.
Görüş zamanı həmçinin Azərbaycan və Oman arasında iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından əmək bazarı və insan kapitalının inkişafı sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.