31 iyul 2025- ci il tarixində Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Oman Sultanlığının Turizm və Mədəni İrs naziri cənab Salim M. Almahruqi ilə görüş keçirmişdir.
Görüş çərçivəsində Azərbaycan ilə Oman arasında turizm və mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.