news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 iyul 2025

27 iyul 2025 ci il tarixində Azərbaycan Respublikasının Oman Sultanlığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad İsmayılov, Oman Sultanlığının Kral Ofisinin Naziri General Sultan bin Məhəmməd əl-Nuamani ilə rəsmi görüş keçirmişdir.

Görüş çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılmış, mövcud əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunmuşdur. Tərəflər ikitərəfli əməkdaşlıq sahələrinin dərinləşdirilməsinin hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulamışlar.

Həmçinin görüşdə regional və beynəlxalq səviyyədə qarşılıqlı maraq doğuran aktual məsələlər, o cümlədən son inkişaflar da diqqət mərkəzində olmuşdur.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti