23 Nisan – Ulusal Egemenlik ve Çocuk Bayramı münasibətilə tədbir keçirilib
Qardaş Türkiyə Respublikasının Oman Sultanlığındakı Səfirliyi tərəfindən 23 Nisan – Ulusal Egemenlik ve Çocuk Bayramı münasibətilə tədbir təşkil olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov iştirak etmişdir.
Tədbir çərçivəsində çıxış edən səfir Rəşad İsmayılov bu əlamətdar günün uşaqlara həsr olunmuş ilk bayram olmaqla yanaşı, milli suverenliyin və gələcək nəsillərin əhəmiyyətini ifadə etdiyini vurğulamışdır. O, həmçinin Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bu kimi tədbirlər vasitəsilə daha da möhkəmləndiyini qeyd
etmişdir.
Səfir Rəşad İsmayılov qardaş Türkiyə xalqını bu münasibətlə səmimi qəlbdən təbrik etmişdir.