2025-ci il oktyabrın 6-da Azərbaycan Respublikasının Oman Sultanlığındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov Oman Sultanlığının Baş Prokuroru cənab Nasr bin Khamis al Sawaee ilə görüş keçirmişdir.
Görüş zamanı iki ölkə arasında hüquq-mühafizə və ədliyyə sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.