2025-ci il 28 may tarixində Azərbaycanın Oman Sultanlığındakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş ziyafət-qəbul tədbiri çərçivəsində bir sıra şəxslərin təltifolunma mərasimi də keçirilmişdir.
Azərbaycanın Oman Sultanlığındakı səfiri Rəşad İsmayılov, Azərbaycan–Oman münasibətlərinin inkişafına verdikləri töhfələrə və tədbirdə göstərdikləri əvəzsiz dəstəyə görə həmin şəxslərə öz təşəkkürünü bildirmişdir.