Görüş zamanı səfir Rəşad İsmayılov xanım Olqa Selıxı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Tərəflər Azərbaycan və Ukrayna arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə ediblər.