Konsulluq xidməti və Viza
Pasport itdikdə

Tələb olunan sənədlər

  • Ərizə (yüklə);
  • Ərizə-anket (yüklə 18 yaşı tamam olmuş vətəndaş) (18 yaşı tamam olmamış vətəndaş);
  • Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli;
  • Ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi əsli;
  • son 6 ay ərzində çəkilmiş 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil;
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet və ya müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini təsdiq edən sənəd;

Qeyd: 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq arayış təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə ümumvətəndaş pasportları rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir.

 

  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (yüklə);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri;

 

Qeyd: Vətəndaş yuxarıda sadalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən konsulluğa gəlməlidir. Bu məqsədlə vətəndaşlardan konsulluq şöbəsi ilə əlaqə saxlanılaraq görüş saatı təyin etmələri xahiş olunur.

 

Dövlət rüsumu

  • 25 ABŞ dolları konsulluq rüsumunu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti