الخدمات القنصلية والتأشيرات
تسجيل الولادة

Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşından doğulan uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.

Doğulmuş uşağın valideynləri Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edir. 

Doğum haqqında məlumat Azərbaycan Respublikasının konsulluğuna uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

Zəruri olan sənədlərin siyahısı   

 

  1. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və pasportları əsli və surəti);
  2. Valideynlərin nikah haqqında şəhadətnaməsi (əsli və surəti) (xarici ölkədə qeydə alınmış belə şəhadətnaməyə apostil vurulmalı notarial qaydada təsdiqlənməlidir.);
  3. Valideynlərin doğum haqqında şəhadətnamələri (əsli və surəti);
  4. Valideynlərin yaşayış yeri üzrə qeydiyyatları barədə sənədlər (əsli və surəti);
  5. Uşağa şəhadətnamə verilməsinə dair valideynlərin birgə ərizəsi (uşağın adının və soyadının göstərildiyi şəkildə); 
  6. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən arayış (apostil qaydasında təsdiq edilmiş şəkildə). 

Dövlət rüsumunun məbləği

Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Qeyd: Əgər Oman Sultanlığının aidiyyəti qurumları tərəfindən doğum haqqında şəhadətnamə verilibsə təkrar Səfirlikdən doğum haqqında şəhadətnamə alınmasına ehtiyac duyulmur.

يشارك
جميع الحقوق محفوظة. يرجى الاتصال بنا بشأن أي استخدام للمواد المرخصة.
سياسة الخصوصية